نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2278 | 19 | 28 | يا أخت هارون ما كان أبوك امرأ سوء وما كانت أمك بغيا |
| | | Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”. |
|
2279 | 19 | 29 | فأشارت إليه قالوا كيف نكلم من كان في المهد صبيا |
| | | Məryəm ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?” |
|
2280 | 19 | 30 | قال إني عبد الله آتاني الكتاب وجعلني نبيا |
| | | Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. |
|
2281 | 19 | 31 | وجعلني مباركا أين ما كنت وأوصاني بالصلاة والزكاة ما دمت حيا |
| | | Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. |
|
2282 | 19 | 32 | وبرا بوالدتي ولم يجعلني جبارا شقيا |
| | | Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. |
|
2283 | 19 | 33 | والسلام علي يوم ولدت ويوم أموت ويوم أبعث حيا |
| | | Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” |
|
2284 | 19 | 34 | ذلك عيسى ابن مريم قول الحق الذي فيه يمترون |
| | | Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur! |
|
2285 | 19 | 35 | ما كان لله أن يتخذ من ولد سبحانه إذا قضى أمرا فإنما يقول له كن فيكون |
| | | Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar. |
|
2286 | 19 | 36 | وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم |
| | | İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”. |
|
2287 | 19 | 37 | فاختلف الأحزاب من بينهم فويل للذين كفروا من مشهد يوم عظيم |
| | | Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına! |
|