نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2278 | 19 | 28 | يا أخت هارون ما كان أبوك امرأ سوء وما كانت أمك بغيا |
| | | Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!” |
|
2279 | 19 | 29 | فأشارت إليه قالوا كيف نكلم من كان في المهد صبيا |
| | | (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışacaq?” – dedilər. |
|
2280 | 19 | 30 | قال إني عبد الله آتاني الكتاب وجعلني نبيا |
| | | (Allahdan bir mö’cüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. |
|
2281 | 19 | 31 | وجعلني مباركا أين ما كنت وأوصاني بالصلاة والزكاة ما دمت حيا |
| | | O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. |
|
2282 | 19 | 32 | وبرا بوالدتي ولم يجعلني جبارا شقيا |
| | | O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi! |
|
2283 | 19 | 33 | والسلام علي يوم ولدت ويوم أموت ويوم أبعث حيا |
| | | Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!” |
|
2284 | 19 | 34 | ذلك عيسى ابن مريم قول الحق الذي فيه يمترون |
| | | Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür! [Yaxud (yəhudilərin və xaçpərəstlərin) barəsində şəkk-şübhə etdikləri Məryəm oğlu İsa haqq söz olaraq budur]. |
|
2285 | 19 | 35 | ما كان لله أن يتخذ من ولد سبحانه إذا قضى أمرا فإنما يقول له كن فيكون |
| | | Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar. |
|
2286 | 19 | 36 | وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم |
| | | (İsa sonra belə dedi:) “Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!” |
|
2287 | 19 | 37 | فاختلف الأحزاب من بينهم فويل للذين كفروا من مشهد يوم عظيم |
| | | (Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur və s. sözlər deyərək) öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü (qiyamət gününü) görəcək kafirlərin halına! |
|