نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2256 | 19 | 6 | يرثني ويرث من آل يعقوب واجعله رب رضيا |
| | | O həm mənə, həm də Yə’qub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!” |
|
2257 | 19 | 7 | يا زكريا إنا نبشرك بغلام اسمه يحيى لم نجعل له من قبل سميا |
| | | (Allahdan belə bir nida gəldi:) “Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!” |
|
2258 | 19 | 8 | قال رب أنى يكون لي غلام وكانت امرأتي عاقرا وقد بلغت من الكبر عتيا |
| | | (Zəkəriyya) dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?” |
|
2259 | 19 | 9 | قال كذلك قال ربك هو علي هين وقد خلقتك من قبل ولم تك شيئا |
| | | (Allah Cəbrailin dili ilə buyurdu:)” Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!” |
|
2260 | 19 | 10 | قال رب اجعل لي آية قال آيتك ألا تكلم الناس ثلاث ليال سويا |
| | | (Zəkəriyya) dedi “Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!” (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!” |
|
2261 | 19 | 11 | فخرج على قومه من المحراب فأوحى إليهم أن سبحوا بكرة وعشيا |
| | | (Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən şükür etdi). Sonra (Zəkəriyya) mehrabdan (mə’bəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şə’ninə tə’riflər deyin! (Və ya namaz qılın!)” |
|
2262 | 19 | 12 | يا يحيى خذ الكتاب بقوة وآتيناه الحكم صبيا |
| | | (Yəhya dünyaya gəldikdən sonra ona dedik:) “Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik. |
|
2263 | 19 | 13 | وحنانا من لدنا وزكاة وكان تقيا |
| | | Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi. |
|
2264 | 19 | 14 | وبرا بوالديه ولم يكن جبارا عصيا |
| | | (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş) deyildi. |
|
2265 | 19 | 15 | وسلام عليه يوم ولد ويوم يموت ويوم يبعث حيا |
| | | Ona doğulduğu gün də, öləcəyi gün də (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun! (Yəhya anadan olduğu gün Şeytan şərindən, vəfat etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!) |
|