نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2251 | 19 | 1 | بسم الله الرحمن الرحيم كهيعص |
| | | Kaf, Ha, Ya, Eyn, Sad! |
|
2252 | 19 | 2 | ذكر رحمت ربك عبده زكريا |
| | | (Ya Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır! |
|
2253 | 19 | 3 | إذ نادى ربه نداء خفيا |
| | | (Zəkəriyyaya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman |
|
2254 | 19 | 4 | قال رب إني وهن العظم مني واشتعل الرأس شيبا ولم أكن بدعائك رب شقيا |
| | | Belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur). |
|
2255 | 19 | 5 | وإني خفت الموالي من ورائي وكانت امرأتي عاقرا فهب لي من لدنك وليا |
| | | Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, |
|
2256 | 19 | 6 | يرثني ويرث من آل يعقوب واجعله رب رضيا |
| | | O həm mənə, həm də Yə’qub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!” |
|
2257 | 19 | 7 | يا زكريا إنا نبشرك بغلام اسمه يحيى لم نجعل له من قبل سميا |
| | | (Allahdan belə bir nida gəldi:) “Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!” |
|
2258 | 19 | 8 | قال رب أنى يكون لي غلام وكانت امرأتي عاقرا وقد بلغت من الكبر عتيا |
| | | (Zəkəriyya) dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?” |
|
2259 | 19 | 9 | قال كذلك قال ربك هو علي هين وقد خلقتك من قبل ولم تك شيئا |
| | | (Allah Cəbrailin dili ilə buyurdu:)” Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!” |
|
2260 | 19 | 10 | قال رب اجعل لي آية قال آيتك ألا تكلم الناس ثلاث ليال سويا |
| | | (Zəkəriyya) dedi “Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!” (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!” |
|