نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2249 | 18 | 109 | قل لو كان البحر مدادا لكلمات ربي لنفد البحر قبل أن تنفد كلمات ربي ولو جئنا بمثله مددا |
| | | De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin suyu qurtarardı”. |
|
2250 | 18 | 110 | قل إنما أنا بشر مثلكم يوحى إلي أنما إلهكم إله واحد فمن كان يرجو لقاء ربه فليعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا |
| | | De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” |
|
2251 | 19 | 1 | بسم الله الرحمن الرحيم كهيعص |
| | | Kəf. Ha. Yə. Ayn. Sad. |
|
2252 | 19 | 2 | ذكر رحمت ربك عبده زكريا |
| | | Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır. |
|
2253 | 19 | 3 | إذ نادى ربه نداء خفيا |
| | | Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib |
|
2254 | 19 | 4 | قال رب إني وهن العظم مني واشتعل الرأس شيبا ولم أكن بدعائك رب شقيا |
| | | demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. |
|
2255 | 19 | 5 | وإني خفت الموالي من ورائي وكانت امرأتي عاقرا فهب لي من لدنك وليا |
| | | Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, |
|
2256 | 19 | 6 | يرثني ويرث من آل يعقوب واجعله رب رضيا |
| | | o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!” |
|
2257 | 19 | 7 | يا زكريا إنا نبشرك بغلام اسمه يحيى لم نجعل له من قبل سميا |
| | | Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!” |
|
2258 | 19 | 8 | قال رب أنى يكون لي غلام وكانت امرأتي عاقرا وقد بلغت من الكبر عتيا |
| | | O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?” |
|