نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2241 | 18 | 101 | الذين كانت أعينهم في غطاء عن ذكري وكانوا لا يستطيعون سمعا |
| | | O kəslər ki, gözləri Məni anmaqdan qapalı (pərdəli) idi və eşitməyə də qadir deyildilər. (Onlar Qur’anın ülviyyətini, Mənim ayələrimi, qüdrətimə dəlalət edən əlamətləri görmür, öyüd-nəsihətlərimi də eşitmirdilər). |
|
2242 | 18 | 102 | أفحسب الذين كفروا أن يتخذوا عبادي من دوني أولياء إنا أعتدنا جهنم للكافرين نزلا |
| | | Kafirlər Məni qoyub qullarımı (mələkləri, Üzeyiri, İsanı və başqalarını) özlərinə dost (hami) edəcəklərinimi güman edirlər? (Xeyr, onlar bəndələrimi Mənim əzabımdan əsla qurtara bilməzlər). Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq! |
|
2243 | 18 | 103 | قل هل ننبئكم بالأخسرين أعمالا |
| | | (Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” |
|
2244 | 18 | 104 | الذين ضل سعيهم في الحياة الدنيا وهم يحسبون أنهم يحسنون صنعا |
| | | O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər. |
|
2245 | 18 | 105 | أولئك الذين كفروا بآيات ربهم ولقائه فحبطت أعمالهم فلا نقيم لهم يوم القيامة وزنا |
| | | Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq! |
|
2246 | 18 | 106 | ذلك جزاؤهم جهنم بما كفروا واتخذوا آياتي ورسلي هزوا |
| | | Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası – Cəhənnəm! |
|
2247 | 18 | 107 | إن الذين آمنوا وعملوا الصالحات كانت لهم جنات الفردوس نزلا |
| | | İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır! |
|
2248 | 18 | 108 | خالدين فيها لا يبغون عنها حولا |
| | | Onlar orada (o cənnətlərdə) əbədi qalıb oradan ayrılmaq (başqa yerə getmək) istəməyəcəklər! |
|
2249 | 18 | 109 | قل لو كان البحر مدادا لكلمات ربي لنفد البحر قبل أن تنفد كلمات ربي ولو جئنا بمثله مددا |
| | | (Ya Rəsulum! Qur’anda buyurulduğu kimi, sizə çox az elm verilmişdir, söyləyən yəhudilərə) de: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!” |
|
2250 | 18 | 110 | قل إنما أنا بشر مثلكم يوحى إلي أنما إلهكم إله واحد فمن كان يرجو لقاء ربه فليعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا |
| | | De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” |
|