نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2235 | 18 | 95 | قال ما مكني فيه ربي خير فأعينوني بقوة أجعل بينكم وبينهم ردما |
| | | O (Zülqərneyn) dedi: “Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! |
|
2236 | 18 | 96 | آتوني زبر الحديد حتى إذا ساوى بين الصدفين قال انفخوا حتى إذا جعله نارا قال آتوني أفرغ عليه قطرا |
| | | Mənə dəmir parçaları gətirin!” (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: “(Körükləri) üfürün!” – dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: “Mənə ərimiş mis gətirin, onun üstünə tökün!” dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi). |
|
2237 | 18 | 97 | فما اسطاعوا أن يظهروه وما استطاعوا له نقبا |
| | | (Yə’cuc–Mə’cuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər. |
|
2238 | 18 | 98 | قال هذا رحمة من ربي فإذا جاء وعد ربي جعله دكاء وكان وعد ربي حقا |
| | | O (Zülqərneyn) dedi: “Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin tə’yin etdiyi vaxt (qiyamətə yaxın Yə’cuc–Mə’cüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və’di haqdır!” (Allahın buyurduğu hər bir şey, o cümlədən İsgəndərin səddinin dağılması, Yə’cuc–Mə’cuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir). |
|
2239 | 18 | 99 | وتركنا بعضهم يومئذ يموج في بعض ونفخ في الصور فجمعناهم جمعا |
| | | O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik. |
|
2240 | 18 | 100 | وعرضنا جهنم يومئذ للكافرين عرضا |
| | | O gün Biz Cəhənnəmi (gətirib) kafirlərə əyanən göstərərik. |
|
2241 | 18 | 101 | الذين كانت أعينهم في غطاء عن ذكري وكانوا لا يستطيعون سمعا |
| | | O kəslər ki, gözləri Məni anmaqdan qapalı (pərdəli) idi və eşitməyə də qadir deyildilər. (Onlar Qur’anın ülviyyətini, Mənim ayələrimi, qüdrətimə dəlalət edən əlamətləri görmür, öyüd-nəsihətlərimi də eşitmirdilər). |
|
2242 | 18 | 102 | أفحسب الذين كفروا أن يتخذوا عبادي من دوني أولياء إنا أعتدنا جهنم للكافرين نزلا |
| | | Kafirlər Məni qoyub qullarımı (mələkləri, Üzeyiri, İsanı və başqalarını) özlərinə dost (hami) edəcəklərinimi güman edirlər? (Xeyr, onlar bəndələrimi Mənim əzabımdan əsla qurtara bilməzlər). Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq! |
|
2243 | 18 | 103 | قل هل ننبئكم بالأخسرين أعمالا |
| | | (Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” |
|
2244 | 18 | 104 | الذين ضل سعيهم في الحياة الدنيا وهم يحسبون أنهم يحسنون صنعا |
| | | O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər. |
|