نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2225 | 18 | 85 | فأتبع سببا |
| | | O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı. |
|
2226 | 18 | 86 | حتى إذا بلغ مغرب الشمس وجدها تغرب في عين حمئة ووجد عندها قوما قلنا يا ذا القرنين إما أن تعذب وإما أن تتخذ فيهم حسنا |
| | | Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!” |
|
2227 | 18 | 87 | قال أما من ظلم فسوف نعذبه ثم يرد إلى ربه فيعذبه عذابا نكرا |
| | | O dedi: “Haqsızlıq edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaqdır. O da ona ağır bir əzab verəcəkdir! |
|
2228 | 18 | 88 | وأما من آمن وعمل صالحا فله جزاء الحسنى وسنقول له من أمرنا يسرا |
| | | İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. |
|
2229 | 18 | 89 | ثم أتبع سببا |
| | | Sonra o, yoluna davam etdi. |
|
2230 | 18 | 90 | حتى إذا بلغ مطلع الشمس وجدها تطلع على قوم لم نجعل لهم من دونها سترا |
| | | Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq. |
|
2231 | 18 | 91 | كذلك وقد أحطنا بما لديه خبرا |
| | | Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq. |
|
2232 | 18 | 92 | ثم أتبع سببا |
| | | Sonra o, yenə yoluna davam etdi. |
|
2233 | 18 | 93 | حتى إذا بلغ بين السدين وجد من دونهما قوما لا يكادون يفقهون قولا |
| | | Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi. |
|
2234 | 18 | 94 | قالوا يا ذا القرنين إن يأجوج ومأجوج مفسدون في الأرض فهل نجعل لك خرجا على أن تجعل بيننا وبينهم سدا |
| | | Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” |
|