نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2223 | 18 | 83 | ويسألونك عن ذي القرنين قل سأتلو عليكم منه ذكرا |
| | | (Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayət (bə’zi xəbərlər) söyləyəcəyəm!” |
|
2224 | 18 | 84 | إنا مكنا له في الأرض وآتيناه من كل شيء سببا |
| | | Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik). |
|
2225 | 18 | 85 | فأتبع سببا |
| | | O, (məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı məğribdə olduğuna görə səfərini oradan başladı). |
|
2226 | 18 | 86 | حتى إذا بلغ مغرب الشمس وجدها تغرب في عين حمئة ووجد عندها قوما قلنا يا ذا القرنين إما أن تعذب وإما أن تتخذ فيهم حسنا |
| | | Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola də’vət edib) onlarla yaxşı rəftar da edə bilərsən!” |
|
2227 | 18 | 87 | قال أما من ظلم فسوف نعذبه ثم يرد إلى ربه فيعذبه عذابا نكرا |
| | | O (İsgəndər) belə cavab verdi: “Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir! |
|
2228 | 18 | 88 | وأما من آمن وعمل صالحا فله جزاء الحسنى وسنقول له من أمرنا يسرا |
| | | İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi – oruc, namaz, zəkat, cihad və s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik). |
|
2229 | 18 | 89 | ثم أتبع سببا |
| | | Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi. |
|
2230 | 18 | 90 | حتى إذا بلغ مطلع الشمس وجدها تطلع على قوم لم نجعل لهم من دونها سترا |
| | | Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi). |
|
2231 | 18 | 91 | كذلك وقد أحطنا بما لديه خبرا |
| | | (Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini, nə qədər əsgərlə səfərə çıxdığını Allahdan başqa heç kəs dəqiq bilməz). |
|
2232 | 18 | 92 | ثم أتبع سببا |
| | | Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan şimala) üz tutub getdi. |
|