نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2200 | 18 | 60 | وإذ قال موسى لفتاه لا أبرح حتى أبلغ مجمع البحرين أو أمضي حقبا |
| | | Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər səfərimə davam edəcəyəm”. |
|
2201 | 18 | 61 | فلما بلغا مجمع بينهما نسيا حوتهما فاتخذ سبيله في البحر سربا |
| | | Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi. |
|
2202 | 18 | 62 | فلما جاوزا قال لفتاه آتنا غداءنا لقد لقينا من سفرنا هذا نصبا |
| | | Onlar dənizlərin qovuşduğu yerdən çıxıb getdikdə Musa öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi. |
|
2203 | 18 | 63 | قال أرأيت إذ أوينا إلى الصخرة فإني نسيت الحوت وما أنسانيه إلا الشيطان أن أذكره واتخذ سبيله في البحر عجبا |
| | | Xidmətçi dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”. |
|
2204 | 18 | 64 | قال ذلك ما كنا نبغ فارتدا على آثارهما قصصا |
| | | Musa: “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar. |
|
2205 | 18 | 65 | فوجدا عبدا من عبادنا آتيناه رحمة من عندنا وعلمناه من لدنا علما |
| | | Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər. |
|
2206 | 18 | 66 | قال له موسى هل أتبعك على أن تعلمن مما علمت رشدا |
| | | Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” |
|
2207 | 18 | 67 | قال إنك لن تستطيع معي صبرا |
| | | Xızır dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən. |
|
2208 | 18 | 68 | وكيف تصبر على ما لم تحط به خبرا |
| | | Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?” |
|
2209 | 18 | 69 | قال ستجدني إن شاء الله صابرا ولا أعصي لك أمرا |
| | | Musa dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”. |
|