نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2110 | 17 | 81 | وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا |
| | | De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!” |
|
2111 | 17 | 82 | وننزل من القرآن ما هو شفاء ورحمة للمؤمنين ولا يزيد الظالمين إلا خسارا |
| | | Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır. |
|
2112 | 17 | 83 | وإذا أنعمنا على الإنسان أعرض ونأى بجانبه وإذا مسه الشر كان يئوسا |
| | | İnsana bir ne’mət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə mə’yus olar! |
|
2113 | 17 | 84 | قل كل يعمل على شاكلته فربكم أعلم بمن هو أهدى سبيلا |
| | | De: “Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!” |
|
2114 | 17 | 85 | ويسألونك عن الروح قل الروح من أمر ربي وما أوتيتم من العلم إلا قليلا |
| | | (Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüz’i (az) bir bilik verilmişdir!” |
|
2115 | 17 | 86 | ولئن شئنا لنذهبن بالذي أوحينا إليك ثم لا تجد لك به علينا وكيلا |
| | | Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq. Sonra Bizə qarşı özün üçün bir müdafiəçi (vəkil) də tapa bilməzdin. (Əgər Biz Qur’anı sənə unutdursaq, yenidən heç kəs onu sənin yadına sala bilməz). |
|
2116 | 17 | 87 | إلا رحمة من ربك إن فضله كان عليك كبيرا |
| | | Lakin (bunu etməməyimiz) Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir. Həqiqətən, Onun sənə olan ne’məti böyükdür! |
|
2117 | 17 | 88 | قل لئن اجتمعت الإنس والجن على أن يأتوا بمثل هذا القرآن لا يأتون بمثله ولو كان بعضهم لبعض ظهيرا |
| | | (Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur’ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”. |
|
2118 | 17 | 89 | ولقد صرفنا للناس في هذا القرآن من كل مثل فأبى أكثر الناس إلا كفورا |
| | | Biz bu Qur’anda insanlar üçün hər cür məsəl çəkib (mə’nasını) onlara izah etdik. Lakin onların (Məkkə əhlinin) əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı (ne’mətimizə nankor olub yalnız küfrü seçdi). |
|
2119 | 17 | 90 | وقالوا لن نؤمن لك حتى تفجر لنا من الأرض ينبوعا |
| | | (Qur’anın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. |
|