نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2077 | 17 | 48 | انظر كيف ضربوا لك الأمثال فضلوا فلا يستطيعون سبيلا |
| | | Gör sənin üçün necə pis məsəllər çəkdilər. Onlar azdılar və artıq doğru yolu tapa bilməyəcəklər. |
|
2078 | 17 | 49 | وقالوا أإذا كنا عظاما ورفاتا أإنا لمبعوثون خلقا جديدا |
| | | Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?” |
|
2079 | 17 | 50 | قل كونوا حجارة أو حديدا |
| | | De: “İstər daş olun, istər dəmir, |
|
2080 | 17 | 51 | أو خلقا مما يكبر في صدوركم فسيقولون من يعيدنا قل الذي فطركم أول مرة فسينغضون إليك رءوسهم ويقولون متى هو قل عسى أن يكون قريبا |
| | | və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”. Onlar deyəcəklər: “Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!” |
|
2081 | 17 | 52 | يوم يدعوكم فتستجيبون بحمده وتظنون إن لبثتم إلا قليلا |
| | | O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və dünyada çox az qaldığınızı güman edəcəksiniz. |
|
2082 | 17 | 53 | وقل لعبادي يقولوا التي هي أحسن إن الشيطان ينزغ بينهم إن الشيطان كان للإنسان عدوا مبينا |
| | | Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. |
|
2083 | 17 | 54 | ربكم أعلم بكم إن يشأ يرحمكم أو إن يشأ يعذبكم وما أرسلناك عليهم وكيلا |
| | | Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara qoruyan göndərməmişik. |
|
2084 | 17 | 55 | وربك أعلم بمن في السماوات والأرض ولقد فضلنا بعض النبيين على بعض وآتينا داوود زبورا |
| | | Rəbbiniz göylərdə və yerdə olanları çox yaxşı tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik. |
|
2085 | 17 | 56 | قل ادعوا الذين زعمتم من دونه فلا يملكون كشف الضر عنكم ولا تحويلا |
| | | De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər”. |
|
2086 | 17 | 57 | أولئك الذين يدعون يبتغون إلى ربهم الوسيلة أيهم أقرب ويرجون رحمته ويخافون عذابه إن عذاب ربك كان محذورا |
| | | Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir. |
|