نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2066 | 17 | 37 | ولا تمش في الأرض مرحا إنك لن تخرق الأرض ولن تبلغ الجبال طولا |
| | | Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. |
|
2067 | 17 | 38 | كل ذلك كان سيئه عند ربك مكروها |
| | | Bütün bu qadağan edilmiş pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir. |
|
2068 | 17 | 39 | ذلك مما أوحى إليك ربك من الحكمة ولا تجعل مع الله إلها آخر فتلقى في جهنم ملوما مدحورا |
| | | Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan. |
|
2069 | 17 | 40 | أفأصفاكم ربكم بالبنين واتخذ من الملائكة إناثا إنكم لتقولون قولا عظيما |
| | | Doğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, Özünə isə mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca yaramaz söz danışırsınız. |
|
2070 | 17 | 41 | ولقد صرفنا في هذا القرآن ليذكروا وما يزيدهم إلا نفورا |
| | | Biz bu Quranda dinin ehkamlarını izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu onların yalnız nifrətini artırır. |
|
2071 | 17 | 42 | قل لو كان معه آلهة كما يقولون إذا لابتغوا إلى ذي العرش سبيلا |
| | | De: “Əgər müşriklərin söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına çatmaq üçün yol axtarardılar”. |
|
2072 | 17 | 43 | سبحانه وتعالى عما يقولون علوا كبيرا |
| | | Allah müşriklərin söylədiklərindən çox uzaq və çox ucadır. |
|
2073 | 17 | 44 | تسبح له السماوات السبع والأرض ومن فيهن وإن من شيء إلا يسبح بحمده ولكن لا تفقهون تسبيحهم إنه كان حليما غفورا |
| | | Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. |
|
2074 | 17 | 45 | وإذا قرأت القرآن جعلنا بينك وبين الذين لا يؤمنون بالآخرة حجابا مستورا |
| | | Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. |
|
2075 | 17 | 46 | وجعلنا على قلوبهم أكنة أن يفقهوه وفي آذانهم وقرا وإذا ذكرت ربك في القرآن وحده ولوا على أدبارهم نفورا |
| | | Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. |
|