نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2065 | 17 | 36 | ولا تقف ما ليس لك به علم إن السمع والبصر والفؤاد كل أولئك كان عنه مسئولا |
| | | (Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. |
|
2066 | 17 | 37 | ولا تمش في الأرض مرحا إنك لن تخرق الأرض ولن تبلغ الجبال طولا |
| | | Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən |
|
2067 | 17 | 38 | كل ذلك كان سيئه عند ربك مكروها |
| | | Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir. |
|
2068 | 17 | 39 | ذلك مما أوحى إليك ربك من الحكمة ولا تجعل مع الله إلها آخر فتلقى في جهنم ملوما مدحورا |
| | | (Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan! |
|
2069 | 17 | 40 | أفأصفاكم ربكم بالبنين واتخذ من الملائكة إناثا إنكم لتقولون قولا عظيما |
| | | (Ey: “Mələklər Allahın qızlarıdır!” – deyən müşriklər!) Məgər Rəbbiniz oğlanları sizin üçün seçib, özü üçün mələklərdən qızlarımı (övladlığa) götürdü?! Həqiqətən, (özünüzə rəva bilmədiyiniz şeyi Allaha isnad etməklə) böyük-böyük danışırsınız! |
|
2070 | 17 | 41 | ولقد صرفنا في هذا القرآن ليذكروا وما يزيدهم إلا نفورا |
| | | İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Qur’anda (Allahın vəhdaniyyət əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla) izah etdik. Lakin (bu izahat) onların yalnız nifrətini artırdı (islamdan daha çox üz döndərdilər). |
|
2071 | 17 | 42 | قل لو كان معه آلهة كما يقولون إذا لابتغوا إلى ذي العرش سبيلا |
| | | (Ya Rəsulum!) De: “Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə (yaxın düşmək, yaxud onunla vuruşmaq üçün) bir yol axtarardılar”. |
|
2072 | 17 | 43 | سبحانه وتعالى عما يقولون علوا كبيرا |
| | | Allah onların dediklərindən çox uca (pak) və çox yüksəkdir! |
|
2073 | 17 | 44 | تسبح له السماوات السبع والأرض ومن فيهن وإن من شيء إلا يسبح بحمده ولكن لا تفقهون تسبيحهم إنه كان حليما غفورا |
| | | Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tə’rif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır! |
|
2074 | 17 | 45 | وإذا قرأت القرآن جعلنا بينك وبين الذين لا يؤمنون بالآخرة حجابا مستورا |
| | | (Ya Rəsulum!) Sən Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik (Onlar səni görməz və sənə heç bir xətər yetirə bilməzlər) |
|