نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2061 | 17 | 32 | ولا تقربوا الزنا إنه كان فاحشة وساء سبيلا |
| | | Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur! |
|
2062 | 17 | 33 | ولا تقتلوا النفس التي حرم الله إلا بالحق ومن قتل مظلوما فقد جعلنا لوليه سلطانا فلا يسرف في القتل إنه كان منصورا |
| | | Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bü hökmləri ilə) ona artıq kömək olunmuşdur. |
|
2063 | 17 | 34 | ولا تقربوا مال اليتيم إلا بالتي هي أحسن حتى يبلغ أشده وأوفوا بالعهد إن العهد كان مسئولا |
| | | Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-büluğa çatana qədər yaxın düşməyin. (Bu mala ancaq onu qorumaq, artırıb çoxaltmaq və yetimin öz xeyrinə istifadə etmək məqsədilə əl vurmaq olar). Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır). |
|
2064 | 17 | 35 | وأوفوا الكيل إذا كلتم وزنوا بالقسطاس المستقيم ذلك خير وأحسن تأويلا |
| | | Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır! |
|
2065 | 17 | 36 | ولا تقف ما ليس لك به علم إن السمع والبصر والفؤاد كل أولئك كان عنه مسئولا |
| | | (Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. |
|
2066 | 17 | 37 | ولا تمش في الأرض مرحا إنك لن تخرق الأرض ولن تبلغ الجبال طولا |
| | | Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən |
|
2067 | 17 | 38 | كل ذلك كان سيئه عند ربك مكروها |
| | | Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir. |
|
2068 | 17 | 39 | ذلك مما أوحى إليك ربك من الحكمة ولا تجعل مع الله إلها آخر فتلقى في جهنم ملوما مدحورا |
| | | (Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan! |
|
2069 | 17 | 40 | أفأصفاكم ربكم بالبنين واتخذ من الملائكة إناثا إنكم لتقولون قولا عظيما |
| | | (Ey: “Mələklər Allahın qızlarıdır!” – deyən müşriklər!) Məgər Rəbbiniz oğlanları sizin üçün seçib, özü üçün mələklərdən qızlarımı (övladlığa) götürdü?! Həqiqətən, (özünüzə rəva bilmədiyiniz şeyi Allaha isnad etməklə) böyük-böyük danışırsınız! |
|
2070 | 17 | 41 | ولقد صرفنا في هذا القرآن ليذكروا وما يزيدهم إلا نفورا |
| | | İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Qur’anda (Allahın vəhdaniyyət əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla) izah etdik. Lakin (bu izahat) onların yalnız nifrətini artırdı (islamdan daha çox üz döndərdilər). |
|