نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2039 | 17 | 10 | وأن الذين لا يؤمنون بالآخرة أعتدنا لهم عذابا أليما |
| | | Axirətə iman gətirməyənlər üçün isə ağrılı-acılı bir əzab hazırlamışıq. |
|
2040 | 17 | 11 | ويدع الإنسان بالشر دعاءه بالخير وكان الإنسان عجولا |
| | | İnsan özünə xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir. |
|
2041 | 17 | 12 | وجعلنا الليل والنهار آيتين فمحونا آية الليل وجعلنا آية النهار مبصرة لتبتغوا فضلا من ربكم ولتعلموا عدد السنين والحساب وكل شيء فصلناه تفصيلا |
| | | Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik. |
|
2042 | 17 | 13 | وكل إنسان ألزمناه طائره في عنقه ونخرج له يوم القيامة كتابا يلقاه منشورا |
| | | Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. |
|
2043 | 17 | 14 | اقرأ كتابك كفى بنفسك اليوم عليك حسيبا |
| | | Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər. |
|
2044 | 17 | 15 | من اهتدى فإنما يهتدي لنفسه ومن ضل فإنما يضل عليها ولا تزر وازرة وزر أخرى وما كنا معذبين حتى نبعث رسولا |
| | | Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik. |
|
2045 | 17 | 16 | وإذا أردنا أن نهلك قرية أمرنا مترفيها ففسقوا فيها فحق عليها القول فدمرناها تدميرا |
| | | Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə Allaha itaət etməyi əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik. |
|
2046 | 17 | 17 | وكم أهلكنا من القرون من بعد نوح وكفى بربك بذنوب عباده خبيرا بصيرا |
| | | Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir. |
|
2047 | 17 | 18 | من كان يريد العاجلة عجلنا له فيها ما نشاء لمن نريد ثم جعلنا له جهنم يصلاها مذموما مدحورا |
| | | Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. |
|
2048 | 17 | 19 | ومن أراد الآخرة وسعى لها سعيها وهو مؤمن فأولئك كان سعيهم مشكورا |
| | | Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. |
|