نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2028 | 16 | 127 | واصبر وما صبرك إلا بالله ولا تحزن عليهم ولا تك في ضيق مما يمكرون |
| | | Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. |
|
2029 | 16 | 128 | إن الله مع الذين اتقوا والذين هم محسنون |
| | | Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir. |
|
2030 | 17 | 1 | بسم الله الرحمن الرحيم سبحان الذي أسرى بعبده ليلا من المسجد الحرام إلى المسجد الأقصى الذي باركنا حوله لنريه من آياتنا إنه هو السميع البصير |
| | | Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir. |
|
2031 | 17 | 2 | وآتينا موسى الكتاب وجعلناه هدى لبني إسرائيل ألا تتخذوا من دوني وكيلا |
| | | Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını özünüzə himayədar götürməyin!”– deyə onu (o Kitabı) doğru yol göstəricisi etdik. |
|
2032 | 17 | 3 | ذرية من حملنا مع نوح إنه كان عبدا شكورا |
| | | Ey Nuhla birlikdə gəmidə daşıdıqlarımızın nəsli! Nuh doğrudan da, Bizə minnətdar olan bir qul idi. |
|
2033 | 17 | 4 | وقضينا إلى بني إسرائيل في الكتاب لتفسدن في الأرض مرتين ولتعلن علوا كبيرا |
| | | Biz Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz”– deyə xəbər verdik. |
|
2034 | 17 | 5 | فإذا جاء وعد أولاهما بعثنا عليكم عبادا لنا أولي بأس شديد فجاسوا خلال الديار وكان وعدا مفعولا |
| | | İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi. |
|
2035 | 17 | 6 | ثم رددنا لكم الكرة عليهم وأمددناكم بأموال وبنين وجعلناكم أكثر نفيرا |
| | | Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. |
|
2036 | 17 | 7 | إن أحسنتم أحسنتم لأنفسكم وإن أسأتم فلها فإذا جاء وعد الآخرة ليسوءوا وجوهكم وليدخلوا المسجد كما دخلوه أول مرة وليتبروا ما علوا تتبيرا |
| | | Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə Qüdsdəki məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə düşmənlərinizi üstünüzə göndərdik. |
|
2037 | 17 | 8 | عسى ربكم أن يرحمكم وإن عدتم عدنا وجعلنا جهنم للكافرين حصيرا |
| | | Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz fəsad törətməyə qayıtsanız, Biz də sizi cəzalandırmağa qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik. |
|