نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1951 | 16 | 50 | يخافون ربهم من فوقهم ويفعلون ما يؤمرون |
| | | Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. |
|
1952 | 16 | 51 | وقال الله لا تتخذوا إلهين اثنين إنما هو إله واحد فإياي فارهبون |
| | | Allah: “İki məbuda sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!”– dedi. |
|
1953 | 16 | 52 | وله ما في السماوات والأرض وله الدين واصبا أفغير الله تتقون |
| | | Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz? |
|
1954 | 16 | 53 | وما بكم من نعمة فمن الله ثم إذا مسكم الضر فإليه تجأرون |
| | | Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. |
|
1955 | 16 | 54 | ثم إذا كشف الضر عنكم إذا فريق منكم بربهم يشركون |
| | | Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur. |
|
1956 | 16 | 55 | ليكفروا بما آتيناهم فتمتعوا فسوف تعلمون |
| | | Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz. |
|
1957 | 16 | 56 | ويجعلون لما لا يعلمون نصيبا مما رزقناهم تالله لتسألن عما كنتم تفترون |
| | | Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız. |
|
1958 | 16 | 57 | ويجعلون لله البنات سبحانه ولهم ما يشتهون |
| | | Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər. |
|
1959 | 16 | 58 | وإذا بشر أحدهم بالأنثى ظل وجهه مسودا وهو كظيم |
| | | Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. |
|
1960 | 16 | 59 | يتوارى من القوم من سوء ما بشر به أيمسكه على هون أم يدسه في التراب ألا ساء ما يحكمون |
| | | Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir! |
|