نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1950 | 16 | 49 | ولله يسجد ما في السماوات وما في الأرض من دابة والملائكة وهم لا يستكبرون |
| | | Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! |
|
1951 | 16 | 50 | يخافون ربهم من فوقهم ويفعلون ما يؤمرون |
| | | Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər! |
|
1952 | 16 | 51 | وقال الله لا تتخذوا إلهين اثنين إنما هو إله واحد فإياي فارهبون |
| | | Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!” |
|
1953 | 16 | 52 | وله ما في السماوات والأرض وله الدين واصبا أفغير الله تتقون |
| | | Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz? |
|
1954 | 16 | 53 | وما بكم من نعمة فمن الله ثم إذا مسكم الضر فإليه تجأرون |
| | | Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız! |
|
1955 | 16 | 54 | ثم إذا كشف الضر عنكم إذا فريق منكم بربهم يشركون |
| | | Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur. |
|
1956 | 16 | 55 | ليكفروا بما آتيناهم فتمتعوا فسوف تعلمون |
| | | Onlar bunu özlərinə verdiyimiz ne’mətlərə nankorluq etmək üçün edirlər. Hələ ki (dünyada) kef çəkib ləzzət alın. (Başınıza gələcək müsibəti) sonra biləcəksiniz! |
|
1957 | 16 | 56 | ويجعلون لما لا يعلمون نصيبا مما رزقناهم تالله لتسألن عما كنتم تفترون |
| | | (Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə anlamayan bütlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz! |
|
1958 | 16 | 57 | ويجعلون لله البنات سبحانه ولهم ما يشتهون |
| | | Onlar Allaha qızlar isnad edirlər/ (Mələklər Allahın qızlarıdır, deyirlər). Allaha pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur.) Özlərinə gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər. |
|
1959 | 16 | 58 | وإذا بشر أحدهم بالأنثى ظل وجهه مسودا وهو كظيم |
| | | Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. |
|