نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1946 | 16 | 45 | أفأمن الذين مكروا السيئات أن يخسف الله بهم الأرض أو يأتيهم العذاب من حيث لا يشعرون |
| | | (Peyğəmbərlərə qarşı) pis hiylələr quranlar (pis işlər düzüb qoşanlar) Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?! |
|
1947 | 16 | 46 | أو يأخذهم في تقلبهم فما هم بمعجزين |
| | | Və ya gəzib dolaşarkən (səfər əsnasında) əzabın onları yaxalamasından (Allahın onları məhv etməsindən qorxmurlarmı?) Axı onlar (Allahı) aciz edə bilməzlər (Allahın əzabından qaçıb canlarını qurtara bilməzlər!) |
|
1948 | 16 | 47 | أو يأخذهم على تخوف فإن ربكم لرءوف رحيم |
| | | Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına (əmindirlər)?! Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! (Allah bəndələrinə əzab verməkdə tələsməz!) |
|
1949 | 16 | 48 | أولم يروا إلى ما خلق الله من شيء يتفيأ ظلاله عن اليمين والشمائل سجدا لله وهم داخرون |
| | | Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?! |
|
1950 | 16 | 49 | ولله يسجد ما في السماوات وما في الأرض من دابة والملائكة وهم لا يستكبرون |
| | | Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! |
|
1951 | 16 | 50 | يخافون ربهم من فوقهم ويفعلون ما يؤمرون |
| | | Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər! |
|
1952 | 16 | 51 | وقال الله لا تتخذوا إلهين اثنين إنما هو إله واحد فإياي فارهبون |
| | | Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!” |
|
1953 | 16 | 52 | وله ما في السماوات والأرض وله الدين واصبا أفغير الله تتقون |
| | | Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz? |
|
1954 | 16 | 53 | وما بكم من نعمة فمن الله ثم إذا مسكم الضر فإليه تجأرون |
| | | Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız! |
|
1955 | 16 | 54 | ثم إذا كشف الضر عنكم إذا فريق منكم بربهم يشركون |
| | | Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur. |
|