نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1945 | 16 | 44 | بالبينات والزبر وأنزلنا إليك الذكر لتبين للناس ما نزل إليهم ولعلهم يتفكرون |
| | | Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr. |
|
1946 | 16 | 45 | أفأمن الذين مكروا السيئات أن يخسف الله بهم الأرض أو يأتيهم العذاب من حيث لا يشعرون |
| | | Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi? |
|
1947 | 16 | 46 | أو يأخذهم في تقلبهم فما هم بمعجزين |
| | | Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxalamayacağınımı düşünürlər? Axı onlar Allahdan yaxa qurtara bilməyəcəklər. |
|
1948 | 16 | 47 | أو يأخذهم على تخوف فإن ربكم لرءوف رحيم |
| | | Yaxud vahimə içində olduqları halda Allahın onları yaxalamayacağınımı düşünürlər? Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. |
|
1949 | 16 | 48 | أولم يروا إلى ما خلق الله من شيء يتفيأ ظلاله عن اليمين والشمائل سجدا لله وهم داخرون |
| | | Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir. |
|
1950 | 16 | 49 | ولله يسجد ما في السماوات وما في الأرض من دابة والملائكة وهم لا يستكبرون |
| | | Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar. |
|
1951 | 16 | 50 | يخافون ربهم من فوقهم ويفعلون ما يؤمرون |
| | | Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. |
|
1952 | 16 | 51 | وقال الله لا تتخذوا إلهين اثنين إنما هو إله واحد فإياي فارهبون |
| | | Allah: “İki məbuda sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!”– dedi. |
|
1953 | 16 | 52 | وله ما في السماوات والأرض وله الدين واصبا أفغير الله تتقون |
| | | Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz? |
|
1954 | 16 | 53 | وما بكم من نعمة فمن الله ثم إذا مسكم الضر فإليه تجأرون |
| | | Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. |
|