نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1923 | 16 | 22 | إلهكم إله واحد فالذين لا يؤمنون بالآخرة قلوبهم منكرة وهم مستكبرون |
| | | Siz tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar. |
|
1924 | 16 | 23 | لا جرم أن الله يعلم ما يسرون وما يعلنون إنه لا يحب المستكبرين |
| | | Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz! |
|
1925 | 16 | 24 | وإذا قيل لهم ماذا أنزل ربكم قالوا أساطير الأولين |
| | | (Müşriklərdən:) “Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər ki, |
|
1926 | 16 | 25 | ليحملوا أوزارهم كاملة يوم القيامة ومن أوزار الذين يضلونهم بغير علم ألا ساء ما يزرون |
| | | Qiyamət günü öz günahlarına tamamılə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir! |
|
1927 | 16 | 26 | قد مكر الذين من قبلهم فأتى الله بنيانهم من القواعد فخر عليهم السقف من فوقهم وأتاهم العذاب من حيث لا يشعرون |
| | | Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab onlara haradan gəldi. |
|
1928 | 16 | 27 | ثم يوم القيامة يخزيهم ويقول أين شركائي الذين كنتم تشاقون فيهم قال الذين أوتوا العلم إن الخزي اليوم والسوء على الكافرين |
| | | Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: “Barələrində (mö’minlərlə) çənə-boğaz olduğunuz şəriklərim haradadır?” – deyə soruşacaqdır. Elm verilmiş kimsələr (peyğəmbərlər və mö’minlər) isə: “Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) düçar olacaqlar!” – deyəcəklər. |
|
1929 | 16 | 28 | الذين تتوفاهم الملائكة ظالمي أنفسهم فألقوا السلم ما كنا نعمل من سوء بلى إن الله عليم بما كنتم تعملون |
| | | Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: “Biz heç bir pislik etmirdik!” – deyəcək (mələklər də onlara belə cavab verəcəklər): “Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir! |
|
1930 | 16 | 29 | فادخلوا أبواب جهنم خالدين فيها فلبئس مثوى المتكبرين |
| | | Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!” |
|
1931 | 16 | 30 | وقيل للذين اتقوا ماذا أنزل ربكم قالوا خيرا للذين أحسنوا في هذه الدنيا حسنة ولدار الآخرة خير ولنعم دار المتقين |
| | | Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz (öz peyğəmbərinə) nə nazil etmişdir? – deyə soruşduqda isə onlar: “Xeyir (nazil etmişdir)” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! |
|
1932 | 16 | 31 | جنات عدن يدخلونها تجري من تحتها الأنهار لهم فيها ما يشاءون كذلك يجزي الله المتقين |
| | | Onlar (ağacları) altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədiləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır! |
|