نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1918 | 16 | 17 | أفمن يخلق كمن لا يخلق أفلا تذكرون |
| | | Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu anlamarsınız?!) |
|
1919 | 16 | 18 | وإن تعدوا نعمة الله لا تحصوها إن الله لغفور رحيم |
| | | Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! |
|
1920 | 16 | 19 | والله يعلم ما تسرون وما تعلنون |
| | | Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi (ürəyinizdə olanları, bütün gizli və aşkar əməllərinizi) bilir! |
|
1921 | 16 | 20 | والذين يدعون من دون الله لا يخلقون شيئا وهم يخلقون |
| | | (Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar. |
|
1922 | 16 | 21 | أموات غير أحياء وما يشعرون أيان يبعثون |
| | | Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək düzgündürmü?!) |
|
1923 | 16 | 22 | إلهكم إله واحد فالذين لا يؤمنون بالآخرة قلوبهم منكرة وهم مستكبرون |
| | | Siz tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar. |
|
1924 | 16 | 23 | لا جرم أن الله يعلم ما يسرون وما يعلنون إنه لا يحب المستكبرين |
| | | Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz! |
|
1925 | 16 | 24 | وإذا قيل لهم ماذا أنزل ربكم قالوا أساطير الأولين |
| | | (Müşriklərdən:) “Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər ki, |
|
1926 | 16 | 25 | ليحملوا أوزارهم كاملة يوم القيامة ومن أوزار الذين يضلونهم بغير علم ألا ساء ما يزرون |
| | | Qiyamət günü öz günahlarına tamamılə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir! |
|
1927 | 16 | 26 | قد مكر الذين من قبلهم فأتى الله بنيانهم من القواعد فخر عليهم السقف من فوقهم وأتاهم العذاب من حيث لا يشعرون |
| | | Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab onlara haradan gəldi. |
|