نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1909 | 16 | 8 | والخيل والبغال والحمير لتركبوها وزينة ويخلق ما لا تعلمون |
| | | Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır. |
|
1910 | 16 | 9 | وعلى الله قصد السبيل ومنها جائر ولو شاء لهداكم أجمعين |
| | | Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. |
|
1911 | 16 | 10 | هو الذي أنزل من السماء ماء لكم منه شراب ومنه شجر فيه تسيمون |
| | | Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. |
|
1912 | 16 | 11 | ينبت لكم به الزرع والزيتون والنخيل والأعناب ومن كل الثمرات إن في ذلك لآية لقوم يتفكرون |
| | | Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. |
|
1913 | 16 | 12 | وسخر لكم الليل والنهار والشمس والقمر والنجوم مسخرات بأمره إن في ذلك لآيات لقوم يعقلون |
| | | O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. |
|
1914 | 16 | 13 | وما ذرأ لكم في الأرض مختلفا ألوانه إن في ذلك لآية لقوم يذكرون |
| | | Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. |
|
1915 | 16 | 14 | وهو الذي سخر البحر لتأكلوا منه لحما طريا وتستخرجوا منه حلية تلبسونها وترى الفلك مواخر فيه ولتبتغوا من فضله ولعلكم تشكرون |
| | | O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür. |
|
1916 | 16 | 15 | وألقى في الأرض رواسي أن تميد بكم وأنهارا وسبلا لعلكم تهتدون |
| | | O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. |
|
1917 | 16 | 16 | وعلامات وبالنجم هم يهتدون |
| | | Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər. |
|
1918 | 16 | 17 | أفمن يخلق كمن لا يخلق أفلا تذكرون |
| | | Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? |
|