نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1881 | 15 | 79 | فانتقمنا منهم وإنهما لبإمام مبين |
| | | (Göydən od göndərib) onlardan da intiqam aldıq. Hər iki şəhər (Sədum və Əykənin qalıqları) açıq-aşkar göz qabağındadır, (Məkkə müşrikləri onlara baxıb niyə ibrət almırlar). |
|
1882 | 15 | 80 | ولقد كذب أصحاب الحجر المرسلين |
| | | Həqiqətən, (Saleh tayfası olan) Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar. |
|
1883 | 15 | 81 | وآتيناهم آياتنا فكانوا عنها معرضين |
| | | Biz onlara (Hicr əhalisinə) mö’cüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər (bu mö’cüzələrə baxıb ibrət almadılar, Allahın qüdrəti, əzəməti haqqında düşünmədilər). |
|
1884 | 15 | 82 | وكانوا ينحتون من الجبال بيوتا آمنين |
| | | Onlar (Allahın əzabından) salamat qurtarmaq üçün dağları yonub (özlərinə) evlər qurudular. |
|
1885 | 15 | 83 | فأخذتهم الصيحة مصبحين |
| | | Səhər çağı dəhşətli (tükürpədici) səs onları bürüdü. |
|
1886 | 15 | 84 | فما أغنى عنهم ما كانوا يكسبون |
| | | Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək; var-dövlət yığmaq) onlara heç bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi). |
|
1887 | 15 | 85 | وما خلقنا السماوات والأرض وما بينهما إلا بالحق وإن الساعة لآتية فاصفح الصفح الجميل |
| | | Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!). |
|
1888 | 15 | 86 | إن ربك هو الخلاق العليم |
| | | Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir! |
|
1889 | 15 | 87 | ولقد آتيناك سبعا من المثاني والقرآن العظيم |
| | | (Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Qur’anı verdik. |
|
1890 | 15 | 88 | لا تمدن عينيك إلى ما متعنا به أزواجا منهم ولا تحزن عليهم واخفض جناحك للمؤمنين |
| | | (Kafirlərin) bə’zi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlardan (onlar iman gətirmədiklərindən) ötrü kədərlənmə (yaxud onlara verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük ne’mətlər gözləyir), mö’minləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et!) |
|