نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1877 | 15 | 75 | إن في ذلك لآيات للمتوسمين |
| | | Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! |
|
1878 | 15 | 76 | وإنها لبسبيل مقيم |
| | | Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır! |
|
1879 | 15 | 77 | إن في ذلك لآية للمؤمنين |
| | | Bunda mö’minlər üçün, sözsüz ki, bir ibrət vardır! |
|
1880 | 15 | 78 | وإن كان أصحاب الأيكة لظالمين |
| | | Şübhəsiz ki, Əykə əhli də (sıx meşəlikdə yaşayan Şüeyb tayfası da) zalım idi. (Onlar Allaha asi olmaqla özlərinə zülm etdilər). |
|
1881 | 15 | 79 | فانتقمنا منهم وإنهما لبإمام مبين |
| | | (Göydən od göndərib) onlardan da intiqam aldıq. Hər iki şəhər (Sədum və Əykənin qalıqları) açıq-aşkar göz qabağındadır, (Məkkə müşrikləri onlara baxıb niyə ibrət almırlar). |
|
1882 | 15 | 80 | ولقد كذب أصحاب الحجر المرسلين |
| | | Həqiqətən, (Saleh tayfası olan) Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar. |
|
1883 | 15 | 81 | وآتيناهم آياتنا فكانوا عنها معرضين |
| | | Biz onlara (Hicr əhalisinə) mö’cüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər (bu mö’cüzələrə baxıb ibrət almadılar, Allahın qüdrəti, əzəməti haqqında düşünmədilər). |
|
1884 | 15 | 82 | وكانوا ينحتون من الجبال بيوتا آمنين |
| | | Onlar (Allahın əzabından) salamat qurtarmaq üçün dağları yonub (özlərinə) evlər qurudular. |
|
1885 | 15 | 83 | فأخذتهم الصيحة مصبحين |
| | | Səhər çağı dəhşətli (tükürpədici) səs onları bürüdü. |
|
1886 | 15 | 84 | فما أغنى عنهم ما كانوا يكسبون |
| | | Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək; var-dövlət yığmaq) onlara heç bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi). |
|