نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1866 | 15 | 64 | وأتيناك بالحق وإنا لصادقون |
| | | Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq. |
|
1867 | 15 | 65 | فأسر بأهلك بقطع من الليل واتبع أدبارهم ولا يلتفت منكم أحد وامضوا حيث تؤمرون |
| | | Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”. |
|
1868 | 15 | 66 | وقضينا إليه ذلك الأمر أن دابر هؤلاء مقطوع مصبحين |
| | | Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək. |
|
1869 | 15 | 67 | وجاء أهل المدينة يستبشرون |
| | | Şəhər əhalisi bir-birini muştuluqlayaraq onun yanına gəldilər. |
|
1870 | 15 | 68 | قال إن هؤلاء ضيفي فلا تفضحون |
| | | Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin! |
|
1871 | 15 | 69 | واتقوا الله ولا تخزون |
| | | Allahdan qorxun və məni hörmətdən salmayın!” |
|
1872 | 15 | 70 | قالوا أولم ننهك عن العالمين |
| | | Onlar dedilər: “Məgər biz sənə bura gələn adamları qonaq saxlamağı qadağan etməmişik?” |
|
1873 | 15 | 71 | قال هؤلاء بناتي إن كنتم فاعلين |
| | | O dedi: “Bunlar mənim qızlarımdır! Əgər istəyirsinizsə, onlarla evlənin!” |
|
1874 | 15 | 72 | لعمرك إنهم لفي سكرتهم يعمهون |
| | | (Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyl-veyl gəzirdilər. |
|
1875 | 15 | 73 | فأخذتهم الصيحة مشرقين |
| | | Günəş doğanda qorxunc səs onları yaxaladı. |
|