نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1858 | 15 | 56 | قال ومن يقنط من رحمة ربه إلا الضالون |
| | | (İbrahim) dedi: “(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!” |
|
1859 | 15 | 57 | قال فما خطبكم أيها المرسلون |
| | | “Ey elçilər! (Ey Allahın mələkləri! Bir deyin görək) işiniz nədir?” – dedi. |
|
1860 | 15 | 58 | قالوا إنا أرسلنا إلى قوم مجرمين |
| | | (Mələklər) belə cavab verdilər: “Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv etmək üçün) göndərilmişik. |
|
1861 | 15 | 59 | إلا آل لوط إنا لمنجوهم أجمعين |
| | | Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısı xilas edəcəyik! |
|
1862 | 15 | 60 | إلا امرأته قدرنا إنها لمن الغابرين |
| | | Ancaq (Lutun) zövcəsi istisna olmaqla! (Allahın əmri ilə) qət etdik ki, o, (küfr etdiyinə görə) əzaba uğrayanlardan (əzab içində qalanlardan) olacaqdır!” |
|
1863 | 15 | 61 | فلما جاء آل لوط المرسلون |
| | | Elçilər (mələklər) Lutun yanına gələndə |
|
1864 | 15 | 62 | قال إنكم قوم منكرون |
| | | (Lut) dedi: “Siz yad adamlarsınız (mən sizi tanımıram)!” |
|
1865 | 15 | 63 | قالوا بل جئناك بما كانوا فيه يمترون |
| | | (Mələklər) belə cavab verdilər: “Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik! |
|
1866 | 15 | 64 | وأتيناك بالحق وإنا لصادقون |
| | | Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq! |
|
1867 | 15 | 65 | فأسر بأهلك بقطع من الليل واتبع أدبارهم ولا يلتفت منكم أحد وامضوا حيث تؤمرون |
| | | Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!” |
|