نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1808 | 15 | 6 | وقالوا يا أيها الذي نزل عليه الذكر إنك لمجنون |
| | | (Müşriklər Peyğəmbərə) belə dedilər: “Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən! |
|
1809 | 15 | 7 | لو ما تأتينا بالملائكة إن كنت من الصادقين |
| | | Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun barədəki iddian düzgündürsə), mələkləri bizə gətirsənə!” |
|
1810 | 15 | 8 | ما ننزل الملائكة إلا بالحق وما كانوا إذا منظرين |
| | | (Allah onların cavabında buyurdu:) “Biz mələkləri yalnız haqq olaraq (peyğəmbərlərə vəhy gətirmək, kafirlərə əzab vermək üçün) endiririk. O zaman onlara (kafirlərə) heç bir möhlət verilməz! |
|
1811 | 15 | 9 | إنا نحن نزلنا الذكر وإنا له لحافظون |
| | | Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” |
|
1812 | 15 | 10 | ولقد أرسلنا من قبلك في شيع الأولين |
| | | (Ya Rəsulum!) Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. |
|
1813 | 15 | 11 | وما يأتيهم من رسول إلا كانوا به يستهزئون |
| | | Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər! |
|
1814 | 15 | 12 | كذلك نسلكه في قلوب المجرمين |
| | | (Əvvəlki ümmətlər barəsində etdiyimiz kimi) Biz onu (küfrü, istehzanı) günahkarların (sənin qövmündən olan müşriklərin) ürəklərinə belə yeridirik! |
|
1815 | 15 | 13 | لا يؤمنون به وقد خلت سنة الأولين |
| | | Özlərindən əvvəlkilərin başlarına gələnlər (müsibətlər) göz qabağında olduğu (olub keçdiyi) halda, onlar (yenə də) ona (Qur’ana) inanmazlar. |
|
1816 | 15 | 14 | ولو فتحنا عليهم بابا من السماء فظلوا فيه يعرجون |
| | | Əgər onlara göydən bir qapı açsaq (nərdivan endirsək) və onunla durmadan yuxarı dırmaşsalar (göydə Allahın qüdrətini və əzamətini görsələr) yenə də (inanmayıb): |
|
1817 | 15 | 15 | لقالوا إنما سكرت أبصارنا بل نحن قوم مسحورون |
| | | “Gözümüz bağlanmış (xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb gözümüzü bağlamışdır)”, - deyərlər. |
|