نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1797 | 14 | 47 | فلا تحسبن الله مخلف وعده رسله إن الله عزيز ذو انتقام |
| | | (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi və’də xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! |
|
1798 | 14 | 48 | يوم تبدل الأرض غير الأرض والسماوات وبرزوا لله الواحد القهار |
| | | (Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və onlar (bütün insanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib olan Allahın hüzurunda duracaqlar! |
|
1799 | 14 | 49 | وترى المجرمين يومئذ مقرنين في الأصفاد |
| | | O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən! |
|
1800 | 14 | 50 | سرابيلهم من قطران وتغشى وجوههم النار |
| | | Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir! |
|
1801 | 14 | 51 | ليجزي الله كل نفس ما كسبت إن الله سريع الحساب |
| | | Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir! |
|
1802 | 14 | 52 | هذا بلاغ للناس ولينذروا به وليعلموا أنما هو إله واحد وليذكر أولو الألباب |
| | | Bu (Qur’an) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar! |
|
1803 | 15 | 1 | بسم الله الرحمن الرحيم الر تلك آيات الكتاب وقرآن مبين |
| | | Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (mö’cüzə olan) Qur’anın ayələridir. |
|
1804 | 15 | 2 | ربما يود الذين كفروا لو كانوا مسلمين |
| | | Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər! |
|
1805 | 15 | 3 | ذرهم يأكلوا ويتمتعوا ويلههم الأمل فسوف يعلمون |
| | | (Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər! |
|
1806 | 15 | 4 | وما أهلكنا من قرية إلا ولها كتاب معلوم |
| | | Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik. |
|