نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1673 | 12 | 77 | قالوا إن يسرق فقد سرق أخ له من قبل فأسرها يوسف في نفسه ولم يبدها لهم قال أنتم شر مكانا والله أعلم بما تصفون |
| | | Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində gizlədib onlara açıb söyləmədi və öz-özünə: “Siz daha pis mövqedəsiniz. Allah sizin nə dediyinizi çox yaxşı bilir”– dedi. |
|
1674 | 12 | 78 | قالوا يا أيها العزيز إن له أبا شيخا كبيرا فخذ أحدنا مكانه إنا نراك من المحسنين |
| | | Onlar dedilər: “Ey hökmdar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”. |
|
1675 | 12 | 79 | قال معاذ الله أن نأخذ إلا من وجدنا متاعنا عنده إنا إذا لظالمون |
| | | O dedi: “Allah eləməsin ki, yanında malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq. Onda biz zalımlardan olarıq”. |
|
1676 | 12 | 80 | فلما استيأسوا منه خلصوا نجيا قال كبيرهم ألم تعلموا أن أباكم قد أخذ عليكم موثقا من الله ومن قبل ما فرطتم في يوسف فلن أبرح الأرض حتى يأذن لي أبي أو يحكم الله لي وهو خير الحاكمين |
| | | Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izin verməyincə və ya mənə aid Allah hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır. |
|
1677 | 12 | 81 | ارجعوا إلى أبيكم فقولوا يا أبانا إن ابنك سرق وما شهدنا إلا بما علمنا وما كنا للغيب حافظين |
| | | Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik. |
|
1678 | 12 | 82 | واسأل القرية التي كنا فيها والعير التي أقبلنا فيها وإنا لصادقون |
| | | Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, həqiqətən də, doğru danışırıq”. |
|
1679 | 12 | 83 | قال بل سولت لكم أنفسكم أمرا فصبر جميل عسى الله أن يأتيني بهم جميعا إنه هو العليم الحكيم |
| | | Yaqub dedi: “Xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gərəkdir. Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Müdrikdir”. |
|
1680 | 12 | 84 | وتولى عنهم وقال يا أسفى على يوسف وابيضت عيناه من الحزن فهو كظيم |
| | | Yaqub onlardan üz döndərdi və: “Heyif Yusufdan!”– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı. |
|
1681 | 12 | 85 | قالوا تالله تفتأ تذكر يوسف حتى تكون حرضا أو تكون من الهالكين |
| | | Onlar dedi: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”. |
|
1682 | 12 | 86 | قال إنما أشكو بثي وحزني إلى الله وأعلم من الله ما لا تعلمون |
| | | O dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan nazil olan vəhy sayəsində sizin bilmədiklərinizdən agah oluram. |
|