نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1593 | 11 | 120 | وكلا نقص عليك من أنباء الرسل ما نثبت به فؤادك وجاءك في هذه الحق وموعظة وذكرى للمؤمنين |
| | | (Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu (surə) sənə haqq, mö’minlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir! |
|
1594 | 11 | 121 | وقل للذين لا يؤمنون اعملوا على مكانتكم إنا عاملون |
| | | İman gətirməyənlərə de: “Siz etdiyinizi (bacardığınızı) edin, biz də etdiyimizi edəcəyik! |
|
1595 | 11 | 122 | وانتظروا إنا منتظرون |
| | | Və (düçar olacağınız əzabı) gözləyin. Biz də gözləyirik!” |
|
1596 | 11 | 123 | ولله غيب السماوات والأرض وإليه يرجع الأمر كله فاعبده وتوكل عليه وما ربك بغافل عما تعملون |
| | | Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir! |
|
1597 | 12 | 1 | بسم الله الرحمن الرحيم الر تلك آيات الكتاب المبين |
| | | Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Qur’anın) ayələridir! |
|
1598 | 12 | 2 | إنا أنزلناه قرآنا عربيا لعلكم تعقلون |
| | | (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, (mə’nasını) anlayasınız. |
|
1599 | 12 | 3 | نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين |
| | | (Ya Rəsulum!) Biz bu Qur’anı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin. |
|
1600 | 12 | 4 | إذ قال يوسف لأبيه يا أبت إني رأيت أحد عشر كوكبا والشمس والقمر رأيتهم لي ساجدين |
| | | Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə’zim) edirlər”. |
|
1601 | 12 | 5 | قال يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان للإنسان عدو مبين |
| | | (Atası Yə’qub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. |
|
1602 | 12 | 6 | وكذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته عليك وعلى آل يعقوب كما أتمها على أبويك من قبل إبراهيم وإسحاق إن ربك عليم حكيم |
| | | (Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne’mətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yə’qub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!” |
|