نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1592 | 11 | 119 | إلا من رحم ربك ولذلك خلقهم وتمت كلمة ربك لأملأن جهنم من الجنة والناس أجمعين |
| | | Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!” Sözü yerinə yetəcək. |
|
1593 | 11 | 120 | وكلا نقص عليك من أنباء الرسل ما نثبت به فؤادك وجاءك في هذه الحق وموعظة وذكرى للمؤمنين |
| | | Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək. Bu ayələrdə sənə həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir. |
|
1594 | 11 | 121 | وقل للذين لا يؤمنون اعملوا على مكانتكم إنا عاملون |
| | | İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik. |
|
1595 | 11 | 122 | وانتظروا إنا منتظرون |
| | | Gözləyin! Biz də gözləyirik”. |
|
1596 | 11 | 123 | ولله غيب السماوات والأرض وإليه يرجع الأمر كله فاعبده وتوكل عليه وما ربك بغافل عما تعملون |
| | | Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir. |
|
1597 | 12 | 1 | بسم الله الرحمن الرحيم الر تلك آيات الكتاب المبين |
| | | Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir. |
|
1598 | 12 | 2 | إنا أنزلناه قرآنا عربيا لعلكم تعقلون |
| | | Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz. |
|
1599 | 12 | 3 | نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين |
| | | Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin. |
|
1600 | 12 | 4 | إذ قال يوسف لأبيه يا أبت إني رأيت أحد عشر كوكبا والشمس والقمر رأيتهم لي ساجدين |
| | | Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. |
|
1601 | 12 | 5 | قال يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان للإنسان عدو مبين |
| | | O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. |
|