نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1578 | 11 | 105 | يوم يأت لا تكلم نفس إلا بإذنه فمنهم شقي وسعيد |
| | | (Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır! |
|
1579 | 11 | 106 | فأما الذين شقوا ففي النار لهم فيها زفير وشهيق |
| | | Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onların orada ah-fəryad gözləyir. |
|
1580 | 11 | 107 | خالدين فيها ما دامت السماوات والأرض إلا ما شاء ربك إن ربك فعال لما يريد |
| | | Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi–göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar mö’minlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər). |
|
1581 | 11 | 108 | وأما الذين سعدوا ففي الجنة خالدين فيها ما دامت السماوات والأرض إلا ما شاء ربك عطاء غير مجذوذ |
| | | Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bə’zi kamil mö’minlərin daha yüksək mərtəbələrə - ərşi-ə’laya qalxması, bir müddət Cəhənnəmdə əylənməsi və Allahın izni ilə onlara günahkarlardan ötrü şəfaət etmək şərəfi nəsib olmasından) əlavə, tükənməz bir ne’mət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar. |
|
1582 | 11 | 109 | فلا تك في مرية مما يعبد هؤلاء ما يعبدون إلا كما يعبد آباؤهم من قبل وإنا لموفوهم نصيبهم غير منقوص |
| | | Elə isə bunların (bütpərəstlərin) tapındıqlarının (bütlərin) batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik! |
|
1583 | 11 | 110 | ولقد آتينا موسى الكتاب فاختلف فيه ولولا كلمة سبقت من ربك لقضي بينهم وإنهم لفي شك منه مريب |
| | | Biz Musaya kitab (Tövrat) verdik və onun (Qur’anın) barəsində də ixtilaf düşdü (yəhudilərin bə’zisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun (Qur’anın) barəsində də şəkk-şübhədədirlər! |
|
1584 | 11 | 111 | وإن كلا لما ليوفينهم ربك أعمالهم إنه بما يعملون خبير |
| | | Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır! |
|
1585 | 11 | 112 | فاستقم كما أمرت ومن تاب معك ولا تطغوا إنه بما تعملون بصير |
| | | (Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir! |
|
1586 | 11 | 113 | ولا تركنوا إلى الذين ظلموا فتمسكم النار وما لكم من دون الله من أولياء ثم لا تنصرون |
| | | Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz! |
|
1587 | 11 | 114 | وأقم الصلاة طرفي النهار وزلفا من الليل إن الحسنات يذهبن السيئات ذلك ذكرى للذاكرين |
| | | (Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə’ni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yə’ni səhər-axşam) və gecənin (gündüzə yaxın) bə’zi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır). |
|