نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1568 | 11 | 95 | كأن لم يغنوا فيها ألا بعدا لمدين كما بعدت ثمود |
| | | Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi (Allahın rəhmətindən) uzaq (kənar) oldu! |
|
1569 | 11 | 96 | ولقد أرسلنا موسى بآياتنا وسلطان مبين |
| | | Biz Musanı da mö’cüzələrimizlə və açıq-aşkar bir (dəlillə) peyğəmbər göndərdik - |
|
1570 | 11 | 97 | إلى فرعون وملئه فاتبعوا أمر فرعون وما أمر فرعون برشيد |
| | | Fir’ona və onun ə’yan-əşrafında. Onlar Fir’onun əmrinə tabe oldular. Halbuki Fir’onun əmri düzgün deyildi. |
|
1571 | 11 | 98 | يقدم قومه يوم القيامة فأوردهم النار وبئس الورد المورود |
| | | (Fir’on) qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq; Onların düşəcəkləri yer necə də pisdir! |
|
1572 | 11 | 99 | وأتبعوا في هذه لعنة ويوم القيامة بئس الرفد المرفود |
| | | Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lə’nətə düçar olmuşlar. Onların qisməti necə də pisdir! |
|
1573 | 11 | 100 | ذلك من أنباء القرى نقصه عليك منها قائم وحصيد |
| | | Bu, (məhv omuş) məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bə’zisindən əsər-əlamət qalmış, bə’zisi isə yerlə yeksan olmuşdur. |
|
1574 | 11 | 101 | وما ظلمناهم ولكن ظلموا أنفسهم فما أغنت عنهم آلهتهم التي يدعون من دون الله من شيء لما جاء أمر ربك وما زادوهم غير تتبيب |
| | | Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi (əsla əzabdan xilas edə bilmədi), əksinə, yalnız ziyanlarını artırdı. |
|
1575 | 11 | 102 | وكذلك أخذ ربك إذا أخذ القرى وهي ظالمة إن أخذه أليم شديد |
| | | Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şıddətlidir! |
|
1576 | 11 | 103 | إن في ذلك لآية لمن خاف عذاب الآخرة ذلك يوم مجموع له الناس وذلك يوم مشهود |
| | | Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür. |
|
1577 | 11 | 104 | وما نؤخره إلا لأجل معدود |
| | | Biz onu yalnız müəyyən bir müddət üçün tə’xirə salmışıq. |
|