نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1563 | 11 | 90 | واستغفروا ربكم ثم توبوا إليه إن ربي رحيم ودود |
| | | Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!” |
|
1564 | 11 | 91 | قالوا يا شعيب ما نفقه كثيرا مما تقول وإنا لنراك فينا ضعيفا ولولا رهطك لرجمناك وما أنت علينا بعزيز |
| | | Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!” |
|
1565 | 11 | 92 | قال يا قوم أرهطي أعز عليكم من الله واتخذتموه وراءكم ظهريا إن ربي بما تعملون محيط |
| | | (Şüeyb) dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir! |
|
1566 | 11 | 93 | ويا قوم اعملوا على مكانتكم إني عامل سوف تعلمون من يأتيه عذاب يخزيه ومن هو كاذب وارتقبوا إني معكم رقيب |
| | | Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. (Əzabı) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!” |
|
1567 | 11 | 94 | ولما جاء أمرنا نجينا شعيبا والذين آمنوا معه برحمة منا وأخذت الذين ظلموا الصيحة فأصبحوا في ديارهم جاثمين |
| | | (Şüeyb tayfasının məhvi barəsində) əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular). |
|
1568 | 11 | 95 | كأن لم يغنوا فيها ألا بعدا لمدين كما بعدت ثمود |
| | | Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi (Allahın rəhmətindən) uzaq (kənar) oldu! |
|
1569 | 11 | 96 | ولقد أرسلنا موسى بآياتنا وسلطان مبين |
| | | Biz Musanı da mö’cüzələrimizlə və açıq-aşkar bir (dəlillə) peyğəmbər göndərdik - |
|
1570 | 11 | 97 | إلى فرعون وملئه فاتبعوا أمر فرعون وما أمر فرعون برشيد |
| | | Fir’ona və onun ə’yan-əşrafında. Onlar Fir’onun əmrinə tabe oldular. Halbuki Fir’onun əmri düzgün deyildi. |
|
1571 | 11 | 98 | يقدم قومه يوم القيامة فأوردهم النار وبئس الورد المورود |
| | | (Fir’on) qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq; Onların düşəcəkləri yer necə də pisdir! |
|
1572 | 11 | 99 | وأتبعوا في هذه لعنة ويوم القيامة بئس الرفد المرفود |
| | | Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lə’nətə düçar olmuşlar. Onların qisməti necə də pisdir! |
|