نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1440 | 10 | 76 | فلما جاءهم الحق من عندنا قالوا إن هذا لسحر مبين |
| | | Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” – dedilər. |
|
1441 | 10 | 77 | قال موسى أتقولون للحق لما جاءكم أسحر هذا ولا يفلح الساحرون |
| | | Musa onlara belə dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar (dünyada və axirətdə) nicat tapmazlar!” |
|
1442 | 10 | 78 | قالوا أجئتنا لتلفتنا عما وجدنا عليه آباءنا وتكون لكما الكبرياء في الأرض وما نحن لكما بمؤمنين |
| | | Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər. |
|
1443 | 10 | 79 | وقال فرعون ائتوني بكل ساحر عليم |
| | | Fir’on: “Nə qədər bilikli sehrbaz varsa, gətirin!” – dedi. |
|
1444 | 10 | 80 | فلما جاء السحرة قال لهم موسى ألقوا ما أنتم ملقون |
| | | Sehrbazlar gəldikdə Musa: “Nə atacaqsınızsa, atın (istədiyiniz əsaları və kəndirləri yerə atın!)” – dedi. |
|
1445 | 10 | 81 | فلما ألقوا قال موسى ما جئتم به السحر إن الله سيبطله إن الله لا يصلح عمل المفسدين |
| | | Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: “Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! |
|
1446 | 10 | 82 | ويحق الله الحق بكلماته ولو كره المجرمون |
| | | Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!” |
|
1447 | 10 | 83 | فما آمن لموسى إلا ذرية من قومه على خوف من فرعون وملئهم أن يفتنهم وإن فرعون لعال في الأرض وإنه لمن المسرفين |
| | | Fir’onun və ə’yanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Fir’on camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Çünki Fir’on o yerdə hakim idi. O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı. |
|
1448 | 10 | 84 | وقال موسى يا قوم إن كنتم آمنتم بالله فعليه توكلوا إن كنتم مسلمين |
| | | Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!” |
|
1449 | 10 | 85 | فقالوا على الله توكلنا ربنا لا تجعلنا فتنة للقوم الظالمين |
| | | Onlar dedilər: “Biz yalnız Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə! |
|