نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1420 | 10 | 56 | هو يحيي ويميت وإليه ترجعون |
| | | Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız! |
|
1421 | 10 | 57 | يا أيها الناس قد جاءتكم موعظة من ربكم وشفاء لما في الصدور وهدى ورحمة للمؤمنين |
| | | (Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir! |
|
1422 | 10 | 58 | قل بفضل الله وبرحمته فبذلك فليفرحوا هو خير مما يجمعون |
| | | (Ya Rəsulum!) De: “Allahın ne’məti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” |
|
1423 | 10 | 59 | قل أرأيتم ما أنزل الله لكم من رزق فجعلتم منه حراما وحلالا قل آلله أذن لكم أم على الله تفترون |
| | | De: “Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” |
|
1424 | 10 | 60 | وما ظن الذين يفترون على الله الكذب يوم القيامة إن الله لذو فضل على الناس ولكن أكثرهم لا يشكرون |
| | | Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara əzab verilməyəcəyinimi güman edirlər?) Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın ne’mətlərinə və mərhəmətinə) şükür etməz! |
|
1425 | 10 | 61 | وما تكون في شأن وما تتلو منه من قرآن ولا تعملون من عمل إلا كنا عليكم شهودا إذ تفيضون فيه وما يعزب عن ربك من مثقال ذرة في الأرض ولا في السماء ولا أصغر من ذلك ولا أكبر إلا في كتاب مبين |
| | | (Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qur’andan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! |
|
1426 | 10 | 62 | ألا إن أولياء الله لا خوف عليهم ولا هم يحزنون |
| | | Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. |
|
1427 | 10 | 63 | الذين آمنوا وكانوا يتقون |
| | | O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - |
|
1428 | 10 | 64 | لهم البشرى في الحياة الدنيا وفي الآخرة لا تبديل لكلمات الله ذلك هو الفوز العظيم |
| | | Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi və’dlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! |
|
1429 | 10 | 65 | ولا يحزنك قولهم إن العزة لله جميعا هو السميع العليم |
| | | (Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mə’nasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir! |
|