نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1412 | 10 | 48 | ويقولون متى هذا الوعد إن كنتم صادقين |
| | | (Kafirlər:) “Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu və’d etdiyiniz qiyamət (və ya əzab) nə vaxt olacaq?” – deyə soruşarlar. |
|
1413 | 10 | 49 | قل لا أملك لنفسي ضرا ولا نفعا إلا ما شاء الله لكل أمة أجل إذا جاء أجلهم فلا يستأخرون ساعة ولا يستقدمون |
| | | (Ya Rəsulum!) De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”. |
|
1414 | 10 | 50 | قل أرأيتم إن أتاكم عذابه بياتا أو نهارا ماذا يستعجل منه المجرمون |
| | | De: “Bir deyin görək. Əgər (Allahın) əzabı sizə gecə, yaxud gündüz gəlsə (nə edərsiniz)! Günahkarlar buna (əzabın gəlməsinə) niyə tələsirlər? |
|
1415 | 10 | 51 | أثم إذا ما وقع آمنتم به آلآن وقد كنتم به تستعجلون |
| | | O əzab gəldikdən sonramı ona inanacaqsınız? İndimi? Halbuki siz onun tez gəlməsini istəyirsiniz!” |
|
1416 | 10 | 52 | ثم قيل للذين ظلموا ذوقوا عذاب الخلد هل تجزون إلا بما كنتم تكسبون |
| | | Sonra zülm edənlərə: “Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” – deyiləcək. |
|
1417 | 10 | 53 | ويستنبئونك أحق هو قل إي وربي إنه لحق وما أنتم بمعجزين |
| | | (Ya Peyğəmbərim!) Səndən: “O (bizi qorxutduğun əzab və ya qiyamət günü) doğrudurmu?” – deyə xəbər alacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!” |
|
1418 | 10 | 54 | ولو أن لكل نفس ظلمت ما في الأرض لافتدت به وأسروا الندامة لما رأوا العذاب وقضي بينهم بالقسط وهم لا يظلمون |
| | | Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz). |
|
1419 | 10 | 55 | ألا إن لله ما في السماوات والأرض ألا إن وعد الله حق ولكن أكثرهم لا يعلمون |
| | | Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın və’di haqdır, lakin (kafirlərin) əksəriyyəti (bunu) bilməz! |
|
1420 | 10 | 56 | هو يحيي ويميت وإليه ترجعون |
| | | Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız! |
|
1421 | 10 | 57 | يا أيها الناس قد جاءتكم موعظة من ربكم وشفاء لما في الصدور وهدى ورحمة للمؤمنين |
| | | (Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir! |
|