نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1397 | 10 | 33 | كذلك حقت كلمت ربك على الذين فسقوا أنهم لا يؤمنون |
| | | (Allahın itaətindən çıxmış) fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü (hökmü) belə kerçək oldu. (Və ya: fasiqlər iman gətirməyəcəkləri üçün Rəbbinin hökmü-cəzası onlara belə vacib oldu). |
|
1398 | 10 | 34 | قل هل من شركائكم من يبدأ الخلق ثم يعيده قل الله يبدأ الخلق ثم يعيده فأنى تؤفكون |
| | | (Ya Rəsulum!) De: “Allaha qoşduğunuz şəriklər işərisində məxluqu (insanları) yoxdan yaradan, sonra onu (öldürüb qiyamət günü haqq-hesab üçün yenidən həyata) qaytara bilən bir kəs varmı?” De: “Allah məxluqu yoxdan yaradır, (öldükdən) sonra onu (yenidən dirildib əvvəlki halına) qaytarır. Elə isə (haqdan) necə döndərilirsiniz?” |
|
1399 | 10 | 35 | قل هل من شركائكم من يهدي إلى الحق قل الله يهدي للحق أفمن يهدي إلى الحق أحق أن يتبع أمن لا يهدي إلا أن يهدى فما لكم كيف تحكمون |
| | | De: “Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?” (Sənə cavab verə bilməyən müşriklərə) de: “Allah (insanları) haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?” |
|
1400 | 10 | 36 | وما يتبع أكثرهم إلا ظنا إن الظن لا يغني من الحق شيئا إن الله عليم بما يفعلون |
| | | Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir! |
|
1401 | 10 | 37 | وما كان هذا القرآن أن يفترى من دون الله ولكن تصديق الذي بين يديه وتفصيل الكتاب لا ريب فيه من رب العالمين |
| | | Bu Qur’an Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! |
|
1402 | 10 | 38 | أم يقولون افتراه قل فأتوا بسورة مثله وادعوا من استطعتم من دون الله إن كنتم صادقين |
| | | Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qur’ana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!” |
|
1403 | 10 | 39 | بل كذبوا بما لم يحيطوا بعلمه ولما يأتهم تأويله كذلك كذب الذين من قبلهم فانظر كيف كان عاقبة الظالمين |
| | | Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu (müşriklərə, kafirlərə və’d edilmiş əzab) onlara gəlib çatmamış Qur’anı yalan hesab etdilər. Onlardan əvvəlkilər də (Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini) təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu! |
|
1404 | 10 | 40 | ومنهم من يؤمن به ومنهم من لا يؤمن به وربك أعلم بالمفسدين |
| | | (Kafirlər) içərisində ona (Qur’ana) inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad tö’rədənləri daha yaxşı tanıyandır! |
|
1405 | 10 | 41 | وإن كذبوك فقل لي عملي ولكم عملكم أنتم بريئون مما أعمل وأنا بريء مما تعملون |
| | | Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!” |
|
1406 | 10 | 42 | ومنهم من يستمعون إليك أفأنت تسمع الصم ولو كانوا لا يعقلون |
| | | Onların içərisində (Qur’an oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) də vardır. (Onun) ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə bilcəksən?! |
|