نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1215 | 8 | 55 | إن شر الدواب عند الله الذين كفروا فهم لا يؤمنون |
| | | Şübhəsiz ki, Allah yanında canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər. |
|
1216 | 8 | 56 | الذين عاهدت منهم ثم ينقضون عهدهم في كل مرة وهم لا يتقون |
| | | Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və heç nədən çəkinmirlər. |
|
1217 | 8 | 57 | فإما تثقفنهم في الحرب فشرد بهم من خلفهم لعلهم يذكرون |
| | | Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də dağıt ki, bəlkə ibrət alsınlar. |
|
1218 | 8 | 58 | وإما تخافن من قوم خيانة فانبذ إليهم على سواء إن الله لا يحب الخائنين |
| | | Əgər bir qövmün əhdi pozacağı ilə xəyanət etməsindən qorxsan, sən də onlara onu pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevmir. |
|
1219 | 8 | 59 | ولا يحسبن الذين كفروا سبقوا إنهم لا يعجزون |
| | | Qoy kafirlər əzabdan qaça biləcəklərini zənn etməsinlər. Çünki onlar ondan yaxa qurtara bilməzlər. |
|
1220 | 8 | 60 | وأعدوا لهم ما استطعتم من قوة ومن رباط الخيل ترهبون به عدو الله وعدوكم وآخرين من دونهم لا تعلمونهم الله يعلمهم وما تنفقوا من شيء في سبيل الله يوف إليكم وأنتم لا تظلمون |
| | | Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz. |
|
1221 | 8 | 61 | وإن جنحوا للسلم فاجنح لها وتوكل على الله إنه هو السميع العليم |
| | | Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir. |
|
1222 | 8 | 62 | وإن يريدوا أن يخدعوك فإن حسبك الله هو الذي أيدك بنصره وبالمؤمنين |
| | | Əgər onlar səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. |
|
1223 | 8 | 63 | وألف بين قلوبهم لو أنفقت ما في الأرض جميعا ما ألفت بين قلوبهم ولكن الله ألف بينهم إنه عزيز حكيم |
| | | Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir. |
|
1224 | 8 | 64 | يا أيها النبي حسبك الله ومن اتبعك من المؤمنين |
| | | Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər. |
|