نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1052 | 7 | 98 | أوأمن أهل القرى أن يأتيهم بأسنا ضحى وهم يلعبون |
| | | Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? |
|
1053 | 7 | 99 | أفأمنوا مكر الله فلا يأمن مكر الله إلا القوم الخاسرون |
| | | Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-ne’mət içində yaşadıqları halda qəflətən onlara əzab gondərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz! |
|
1054 | 7 | 100 | أولم يهد للذين يرثون الأرض من بعد أهلها أن لو نشاء أصبناهم بذنوبهم ونطبع على قلوبهم فهم لا يسمعون |
| | | Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşıtməzdilər? |
|
1055 | 7 | 101 | تلك القرى نقص عليك من أنبائها ولقد جاءتهم رسلهم بالبينات فما كانوا ليؤمنوا بما كذبوا من قبل كذلك يطبع الله على قلوب الكافرين |
| | | (Ya Rəsulum!) O məmləkətlərin bə’zi xəbərlərini (əhvalatlarını) sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (mö’cüzələr) gətirmişdilər. (Həmin məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (mö’cüzələrə, dəlillərə) yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər. |
|
1056 | 7 | 102 | وما وجدنا لأكثرهم من عهد وإن وجدنا أكثرهم لفاسقين |
| | | Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun əmrlərini pozmuş) günahkar kəslər gördük. |
|
1057 | 7 | 103 | ثم بعثنا من بعدهم موسى بآياتنا إلى فرعون وملئه فظلموا بها فانظر كيف كان عاقبة المفسدين |
| | | Onlardan sonra Musanı mö’cüzələrimizlə Fir’ona və onun ə’yanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin mö’cüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu! |
|
1058 | 7 | 104 | وقال موسى يا فرعون إني رسول من رب العالمين |
| | | Musa dedi: “Ey Fir’on! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! |
|
1059 | 7 | 105 | حقيق على أن لا أقول على الله إلا الحق قد جئتكم ببينة من ربكم فأرسل معي بني إسرائيل |
| | | Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (mö’cüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə bərabər (babalarının vətəni olan Şama) göndər!” |
|
1060 | 7 | 106 | قال إن كنت جئت بآية فأت بها إن كنت من الصادقين |
| | | (Fir’on Musaya) dedi: “Əgər mö’cüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!” |
|
1061 | 7 | 107 | فألقى عصاه فإذا هي ثعبان مبين |
| | | (Fir’on bunu deyən kimi) Musa əsasını (yerə atdı) və o, dərhal (hamının gözünə) aşkar görünən bir əjdaha oldu. |
|