نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1013 | 7 | 59 | لقد أرسلنا نوحا إلى قومه فقال يا قوم اعبدوا الله ما لكم من إله غيره إني أخاف عليكم عذاب يوم عظيم |
| | | Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!” |
|
1014 | 7 | 60 | قال الملأ من قومه إنا لنراك في ضلال مبين |
| | | Tayfasının başçıları ona! “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!, - deyə cavab verdilər. |
|
1015 | 7 | 61 | قال يا قوم ليس بي ضلالة ولكني رسول من رب العالمين |
| | | (Nuh) dedi: “Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! |
|
1016 | 7 | 62 | أبلغكم رسالات ربي وأنصح لكم وأعلم من الله ما لا تعلمون |
| | | Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm! |
|
1017 | 7 | 63 | أوعجبتم أن جاءكم ذكر من ربكم على رجل منكم لينذركم ولتتقوا ولعلكم ترحمون |
| | | Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?” |
|
1018 | 7 | 64 | فكذبوه فأنجيناه والذين معه في الفلك وأغرقنا الذين كذبوا بآياتنا إنهم كانوا قوما عمين |
| | | Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər. |
|
1019 | 7 | 65 | وإلى عاد أخاهم هودا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون |
| | | Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” |
|
1020 | 7 | 66 | قال الملأ الذين كفروا من قومه إنا لنراك في سفاهة وإنا لنظنك من الكاذبين |
| | | (Hud) tayfasının kafir başçıları ona: “Biz səni safehlik içində görür və yalançılardan (biri) hesab edirik!” – deyə cavab verdilər. |
|
1021 | 7 | 67 | قال يا قوم ليس بي سفاهة ولكني رسول من رب العالمين |
| | | (Hud) dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! |
|
1022 | 7 | 68 | أبلغكم رسالات ربي وأنا لكم ناصح أمين |
| | | Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm. |
|